AZ

Xəzər rayonunda küçəni çirkab su basdı, sakinlər dilə gəldi VİDEO

ain.az, Oxu.az portalına istinadən məlumat yayır.

Bakı şəhərinin Xəzər rayonu, Əliağa Vahid küçəsində çirkab suyun yola toplanması sakinlərin narazılığına səbəb olub.

Bu barədə Oxu.Az-a sakinlər tərəfindən şikayət daxil olub.

Bildirilib ki, mənbəyi məlum olmayan sular yola yığılaraq əraziyə yayılır. Nəticədə küçədə palçıq içərisindədir, ərazidə antisanitar şərait hökm sürür.

Xəzər rayonunda küçəni çirkab su basdı, sakinlər dilə gəldi - VİDEO

Sakinlərin sözlərinə görə, yaranmış vəziyyət həm piyadaların, həm də nəqliyyat vasitələrinin hərəkətində ciddi çətinlik yaradır.

Məsələ ilə bağlı Xəzər Rayon İcra Hakimiyyətinə sorğu ünvanlanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
37
1
oxu.az

2Mənbələr