AZ

Liverpul tarixində Dominik Soboslai kimisi olmayıb

ain.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İngiltərə Premyer Liqasının (İPL) 30-cu turu çərçivəsində dünən öz meydanında "Tottenhem"lə 1:1 hesablı heç-heçə edən "Liverpul"un yarımmüdafiəçisi Dominik Soboslai klubun tarixinə düşüb.

Fanat.Az "Opta Sports" portalına istinadən xəbər verir ki, komandasının yeganə qoluna cərimə zərbəsindən imza atan macar futbolçu cari mövsüm İPL-də 4-cü dəfə bu şəkildə fərqlənib.

İndiyədək Soboslaidən başqa "qırmızılar"ın heç bir oyunçusu bir mövsümdə çempionatda cərimə zərbəsindən 4 dəfə rəqib qapısına yol tapa bilməyib. Dominikin İPL rekordunu yeniləmək şansı da az deyil. Belə ki, daha öncə Devid Bekhem (2000/2001) və Loran Rober (2001/2002) cərimə zərbəsindən hərəyə 5 belə qol vurublar.

Qeyd edək ki, Soboslai cari mövsüm "Liverpul" forması ilə bütün turnirlərdə 41 matça çıxaraq 11 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Toğrul

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
20
1
fanat.az

2Mənbələr