Yaxınlıqdakı yanacaq anbarına pilotsuz təyyarənin dəyməsi nəticəsində baş verən yanğın səbəbindən Dubay Beynəlxalq Hava Limanında bütün uçuşların müvəqqəti olaraq dayandırıldığını elan etdi.
Dubay Hökumətinin Media Ofisi X sosial media hesabı vasitəsilə bu məsələ ilə bağlı açıqlama yayıb. Bildirilir ki, pilotsuz təyyarənin Dubay Beynəlxalq Hava Limanı yaxınlığındakı yanacaq çəninə dəyməsi nəticəsində baş verən yanğın nəzarət altına alınıb.
Hücumda ölən və ya yaralanan olmayıb.
Pilotsuz təyyarənin hücumu səbəbindən Dubay Beynəlxalq Hava Limanındakı bütün uçuşlar müvəqqəti olaraq dayandırılıb.
28 fevraldan bəri İran ABŞ və İsrailin hücumlarına cavab olaraq yeddi ərəb ölkəsindəki ABŞ bazalarına və vacib yerlərə raket və pilotsuz təyyarə hücumları həyata keçirir.
Tahir TAĞIYEV