AZ

Fevralda Azərbaycanda sabit və mobil internet sürəti artıb - "Ookla"

Bakı.Trend:

Fevralda Azərbaycanda sabit genişzolaqlı internetin mediansürəti 2%-dək, mobil internet isə 3%-dək artıb

Bu barədə Trend-ə İnformasiya və Kommunikasiya TexnologiyalarıAgentliyindən (İKTA) məlumat verilib.

Genişzolaqlı və mobil şəbəkə keyfiyyətinin qiymətləndirilməsiüzrə qlobal şirkət olan “Ookla” fevral ayı üzrə “Speedtest GlobalIndex” hesabatını təqdim edib.

Yeni hesabata görə, Azərbaycanda sabit genişzolaqlı internetinmedian sürəti 91,27 Mb/s, mobil internetin median sürəti isə 94,95Mb/s olub.

Yanvar ayı ilə müqayisədə sabit genişzolaqlı internetin həcmi1,39 MB/s və ya 1,55%, mobil internetin sürəti isə 2,32 Mb/s və ya2,50% yüksəlib.

Bu artım ölkədə rəqəmsal transformasiyanın, elektron xidmətlərətələbatın, distant iş və təhsil imkanlarının genişlənməsiningöstəricisidir və Azərbaycanın qlobal internet reytinqlərindəmövqeyinin yüksəldiyini təsdiqləyir.

Məqalədə:
Seçilən
77
10
az.trend.az

10Mənbələr