AZ

Emin Mahmudov – “Neftçi”nin 150-ci penaltisinin müəllifi! – ARENA.AZ

Futbol üzrə Azərbaycan millisinin və “Neftçi”nin kapitanı Emin Mahmudov paytaxt klubunun heyətində daha bir yubileyə imza atıb.

Arena.az xəbər verir ki, paytaxt təmsilçisi Azərbaycan çempionatlarında 150-ci penaltisini vurub.

Bu, Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümünün 24-cü turunun “Qəbələ” ilə səfər matçına (3:1) təsadüf edib. Emin Mahmudov komandasının ikinci qoluna 11 metrlik cərimə zərbəsindən imza atıb.

1992-ci ildən keçirilən ölkə çempionatlarının daimi iştirakçısı olan “ağ-qaralar” 34 mövsümdə vurduğu 150 penaltidən 120-ni qola çevirib. Paytaxt təmsilçisinin dəqiqlik faizi 80-ə bərabərdir.

“Neftçi” turnirin tarixi ərzində vurulmuş penalti sayında yalnız “Qarabağ”dan geri qalır. Hər iki komanda 1992-ci ildən Premyer Liqanın (əvvəl güclülər dəstəsi) daimi iştirakçılarıdır.

Xatırladaq ki, “Neftçi” ilk penaltisini 1992-ci il mayın 8-də Sumqayıt “Xəzər”i ilə qarşılaşmada vurub. Yunis Hüseynov komandasına 1:0 hesablı qələbə qazandıran qola imza atıb.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
11
8
arena.az

10Mənbələr