AZ

İlber Ortaylı ilə vida mərasimi keçirilir - VİDEO

Hazırda tanınmış türkiyəli professor İlber Ortaylı ilə vida mərasimi keçirilir.

Moderatpr.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 78 yaşlı professorla vida mərasimi onun illərdir çalışdığı Qalatasaray Universitetində keçirilir.

Mərhum tarixçi ilə vidalaşmağa CHP sədri Özgür Özel və Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mansur Yavaş, həmçinin, dostu, geoloq Celal Şengör də qatılıb.

Məlumat üçün bildirək ki, ötən gün İlber Ortaylının rəsmi sosial şəbəkə hesabında vida mərasimi ilə bağlı paylaşdığı məlumatda bildirilmişdi: “Fatih Camii qəbiristanlığında davam edən bərpa işləri səbəbindən qəbiristanlıq ərazisinə yalnız ailə üzvləri və vəzifəli şəxslər buraxılacaq. İlber hocanın sevənlərindən bu məsələyə anlayış və həssaslıqla yanaşmaları xahiş olunur”.

Qeyd edək ki, İ.Ortaylı Fatih məscidində cənazə namazı qılındıqdan sonra həmin məscidin qəbiristanlığında torpağa tapşırılacaq.

Xatırladaq ki, İ.Ortaylı martın 13-ü müalicə aldığı xəstəxanada vəfat edib.

Seçilən
50
5
moderator.az

10Mənbələr