AZ

Təxliyə prosesi davam edir: Bu gün 4 Azərbaycan vətəndaşı İrandan təxliyə olunub  

“Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə İrandan təxliyə prosesi davam edir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu gün saat 09:00-dan 12:00-dək 4 Azərbaycan vətəndaşı sərhədi keçərək təhlükəsiz şəkildə ölkə ərazisinə təxliyə olunub.

Təxliyə edilən vətəndaşlar müvafiq sənəd yoxlanışı və digər prosedurların yerinə yetirilməsindən sonra aidiyyəti qurumların nəzarəti altında sərhəd-keçid məntəqəsindən buraxılıblar.

Hazırda sərhəd-keçid məntəqəsində təxliyə prosesi davam etdirilir.

Seçilən
62
1
azerbaijan-news.az

10Mənbələr