AZ

İsrail ordusu İran rəhbərliyinin istifadə etdiyi təyyarənin məhv edildiyini bildirib

İsrail
İsrail Hərbi Hava Qüvvələrinin Tehrandakı Mehrabad hava limanına endirdiyi zərbə nəticəsində İran rəhbərliyinin istifadə etdiyi təyyarənin məhv edildiyi bildirilir. 1news.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, sözügedən təyyarə İranın ali dini lideri Əli Xamenei, eləcə də ölkənin digər yüksək vəzifəli rəsmiləri və hərbçilərinin sərəncamında olub. Ondan həm daxili səfərlər, həm də hərbi satınalmalar və müttəfiq dövlətlərlə fəaliyyətin əlaqələndirilməsi ilə bağlı beynəlxalq uçuşlar üçün istifadə edilirdi.

Açıqlamada qeyd olunub ki, təyyarənin məhv edilməsi İran rəhbərliyinin “Müqavimət oxu” adlandırılan müttəfiq qüvvələrlə fəaliyyətini koordinasiya etmək, hərbi potensialını artırmaq və mövqelərini bərpa etmək imkanlarını məhdudlaşdırır.

Seçilən
0
1
1news.az

2Mənbələr