Bakı. Trend:
Həcc ziyarəti üçün sənəd qəbulu Ramazan bayramından sonra dadavam edəcək.
Bu barədə Trend-in sorğusuna cavab olaraq, Qafqaz Müsəlmanlarıİdarəsi (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektronsistem rəhbəri Vüsal Cahangiri məlumat verib.
Onun sözlərinə görə, Həcc ziyarəti üzrə kvotanın 90 faizitamamlanıb:
"İlk uçuş mayın 17-də olacaq. Həmin zəvvar qrupunda 180 nəfərolacaq. Son günlər regionda baş verən gərginliklərlə bağlı heç birdəyişiklik yoxdur, proses normal şəkildə davam edir. Ziyarətdənimtina edənlər yoxdur, gündəlik müraciətlər qeydə alınır".
Qeyd edək ki, Səudiyyə Ərəbistanı Krallığının Həcc və ÜmrəNazirliyindən gələn təlimatlara əsasən, habelə, xaricdə vəbölgələrdə yaşayan vətəndaşların çoxsaylı müraciətlərini nəzərəalaraq builki Həcc mövsümü üçün sənəd qəbulunun müddəti mart ayının7-dək uzadılmışdı.
Xatırladaq ki, Həcc ziyarətinin qiyməti bu il üçün 6 100 ABŞdolları, yəni 10 388 AZN təşkil edir.