AZ

İsrail İranın Ali Rəhbərinin təyyarəsini vurdu

İsrail ordusu Tehranda həyata keçirilən gecə əməliyyatı ilə bağlı məlumat yayıb.

“Yeni Sabah” xəbər verir ki, qurumun açıqlamasına görə, əməliyyat zamanı paytaxtdakı Mehrabad Beynəlxalq Hava Limanı ərazisində yerləşən bir təyyarə hədəfə alınaraq məhv edilib.

Həmin təyyarədən İranın Ali Rəhbəri və digər yüksək vəzifəli şəxslərin uçuşları üçün istifadə olunduğu iddia edilir. İsrail tərəfi təyyarənin müxtəlif daxili və xarici uçuşlar vasitəsilə əlaqələrin və müəyyən fəaliyyətlərin təşkilində istifadə edildiyini bildirib.

İsrail ordusunun açıqlamasında bu zərbənin İran rəhbərliyinin regional tərəfdaşlarla əlaqə imkanlarına və logistika fəaliyyətinə təsir göstərdiyi vurğulanıb.

Qeyd edək ki, İran tərəfi hadisə ilə bağlı hələlik rəsmi açıqlama verməyib.

Aytac Əliyeva


Telegram kanalımız
Seçilən
50
yenisabah.az

1Mənbələr