AZ

İranın yeganə qələbəsi süni intellektlə yaratdıqlarıdır Tramp

Unikal.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

İranın yeganə "qələbəsi" süni intellektin köməyi ilə yaratdıqlarıdır. 

"Unikal" xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp özünün "Truth Social" səhifəsində yazıb.

"İranın gündən-günə məhv edildiyini nəzərə alsaq, indi süni intellekt onların olduqca yaxşı istifadə etdiyi başqa bir dezinformasiya silahına çevrilib. Onlar dənizdə müxtəlif gəmilərə atəş açdığı iddia edilən saxta "kamikadze qayıqları" göstərdilər. Bu, əla, güclü və qəddar görünür, amma bu qayıqlar mövcud deyil - bunların hamısı artıq məğlub olmuş ordunun nə qədər "davamlı" olduğunu göstərmək üçün saxta məlumatlardır", - deyə o qeyd edib. 

Tramp ABŞ ordusunun itkiləri ilə bağlı videoların yalnız süni intellektin nəticəsi olduğunu bəyan edib: "The Wall Street Journal və digər qəzetlərdəki yalan məlumatlara görə, vurulduğu və ciddi şəkildə zədələndiyi iddia edilən beş ABŞ tankerinin hamısı yerindədir. Alov içində göstərilən binalar və gəmilər belə deyil - bu, onlar tərəfindən yaradılan saxta xəbərlərdir". 

Ağarza Elçinoğlu

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
18
1
unikal.az

2Mənbələr