AZ

Lənkəranda ağır qəza: 54 yaşlı qadın xəsarət aldı - FOTO

Lənkəran rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 

Bizim.Media xəbər verir ki, qəza Lənkəran–Lerik magistral yolunun rayonun Qurumba kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “QAZ-31” markalı minik avtomobili “Mercedes” markalı nəqliyyat vasitəsi ilə toqquşub. 

Nəticədə “Mercedes”də olan 1972-ci il təvəllüdlü Elnarə Ağamehdi qızı Həsənova xəsarət alıb. Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub və 54 yaşlı qadına ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.






Sabutay, Bizim.Media, Cənub bürosu

Seçilən
15
bizim.media

1Mənbələr