AZ

Bərk məişət tullantılarının yanması nəticəsində istehsal edilən illik enerjinin miqdarı açıqlanıb

Bakı. Trend:

Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodu il ərzində500 min ton bərk məişət tullantılarını yandırmaq gücündədir.

Trend xəbərverir ki, bunu “Təmiz Şəhər” ASC-nin Utilizasiya şöbəsinin müdirmüavini Arif Kərimov “Təmiz Şəhər” ASC-nin təsərrüfat sahələrinətəşkil edilən məlumat turu zamanı bildirib.

Onun sözlərinə görə, il ərzində bu zibillərin yandırılması ilə200 milyon kilovat/saat enerji istehsal olunur:

"Bu isə 110 min ev təsərrüfatını, Gəncə boyda şəhərin bir ilərzində elektriklə təmini deməkdir.
Zavodda istehsal edilən enerjinin 15 faizi zavodun daxili enerjiehtiyacını ödənilməsinə sərf edilir, qalan hissəsi Dövlət EnerjiŞəbəkəsinə ötürülür.

Yandırılmadan ayrılan tüstü zavodda xüsusi reaktorda zəhərliqazlardan absorbsiya edilir.
Sutka ərzində yandırılan tullantının 24 faizini dib külü təşkiledir. Ondan isə alternativ inşaat materialı istehsal edilir. Bumaterial yol inşaatında alt qat kimi istifadə edilir.

Sutka ərzində yandırılmasa 3.9 faiz isə zəhərli küllər yaranır.Bunlar da təhlükəli tullantılar poliqonuna yönləndirilir".

O vurğulayıb ki, bu zavod Bakı üçün ağciyər funsiyasını yerinəyetirir.

Seçilən
2
az.trend.az

1Mənbələr