AZ

Deputatlar xəritədə İranı TAPA BİLMƏDİLƏR

Avropa Parlamentinin (AP) üzvləri dünya xəritəsində İranı tapa bilməyiblər.

Onlar İranı Türkiyə və digər Yaxın Şərq ölkələri ilə səhv salıblar.

“Cebheinfo.az” xəbər verir ki, bunu Fransanın "Le Parisien" qəzeti yazıb. 

Martın əvvəlində "Quotidien" proqramının TMC müxbiri Strasburqda AP üzvləri arasında sorğu keçirib. O, siyasətçilərə etiketsiz ölkələrin olduğu dünya xəritəsini verib və onlardan İranı orada tapmalarını istəyib.

Fransanın Avropa üzrə naziri Hörmüz boğazını, Sosialist Partiyasının üzvü Emma Rafoviç İranı Bolqarıstanla, İntibah Partiyasının üzvü Fabien Keller isə respublikanı Türkiyə ilə səhv salıb. 

"Yaşıl AP üzvü Mari Tussenə gəldikdə isə, uzun tərəddüddən sonra Əfqanıstanı seçib. Yaşıllardan olan AP üzvü olan David Corman Səudiyyə Ərəbistanını göstərib ", - deyə “Le Parisien” yazır.

"France Insoumise" Partiyasının həmsədri Manon Aubry jurnalistin sualına düzgün cavab verib.  O qeyd edib ki, Avropa Parlamenti ABŞ-nin İrandakı hərbi əməliyyatı ilə bağlı qərar verməsəydi, səhvlər gülməli olardı. 

Seçilən
3
1
cebheinfo.az

2Mənbələr