Bakı, 16 mart, AZƏRTAC
İndoneziyanın Yava adasında yerləşən Merapi vulkanı 1600 metr yüksəkliyə kül püskürüb.
AZƏRTAC İndoneziyanın Antara informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin Geoloji Fəlakətlərin Tədqiqi Mərkəzi məlumat yayıb.
İndoneziyanın Vulkonologiya Agentliyi isə kraterə 3 kilometr radiusda yaxınlaşmanı qadağan edərək, yerli sakinləri ehtiyat tədbirləri görməyə çağırıb.
Qeyd edək ki, Merapi İndoneziyanın Yava adasında yerləşən ən fəal vulkanlarından biridir. Burada böyük püskürmə yeddi ildən bir, kiçik püskürmələr isə ildə iki dəfə baş verir.