AZ

“NATO ölkələri İranla mübarizədə ABŞ-yə yardım etməlidir” - Donald Tramp

"Hörmüz boğazının açılması bizə o qədər də vacib deyil”.

Missiya.Az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

O bildirib ki, biz bunu müttəfiqlərə görə etməyə çalışırıq:

“Biz İranı məhv etmişik, amma əlində qalan bir neçə dronla bölgə dövlətlərinin təhdid edə bilər. Onlar boğazın bağlı qalmasından daha çox itirir,  buna görə də hərəkətə keçməlidirlər”, - deyə siyasətçi vurğulayıb.

Tramp qeyd edib ki, ABŞ 70 ildən çoxdur ki, NATO-ya təmənnasız dəstək olur:

“Onlara görə çoxlu itkilər vermişik. İndi onların zamanıdır onlar ABŞ-yə yardım etməlidir və müttəfiqliklərini sübut etməlidirlər. Əks halda NATO-dan heç nə qalmayacaq", - deyə siyasətçi əlavə edib.

Daşqın HəsənovMissiya.Az

Seçilən
20
missiya.az

1Mənbələr