Gəncə şəhərinin Tereşkova küçəsi və Məhsəti qəsəbəsi ərazilərində qanunsuz tikililər sökülüb.Bu barədə Missiya.Az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.Bildirilib ki, Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən sözügedən ərazilərdə qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə FHN-ə müraciət edilib.Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Gəncə Şəhər İcra Hakimiyyəti və Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikililər sökülüb.