AZ

Milyarderlərin apokalipsisə hazırlağı: Qiyamət bunkerinə sığınırlar VİDEO

ain.az, Olke.az saytına istinadən bildirir.

Dünyada son illər artan müharibələr, eləcə də qlobal iqlim dünyanın sonuna səbəb olacağı barədə tez-tez fərziyyələr gündəmə gəlir.

Atom müharibəsi olarsa, cəmi bir neçə ölkənin ayaqda qalacağı və bu ölkələrdə bütün təhlükələrdən qorunmaq üçün bunkerlər inşa edildiyi bildirilir.

Bunkerlər əsasən Yeni Zelandiya, Havay və ABŞ-nin Florida ştatının İndian Krik Adasında yerləşir. "Milyarderlər Bunkeri" kimi tanınan Krik adasında həddindən artıq təhlükəsiz şərait olduğu bildirilir. 

Bunkerlərin əsas xüsusiyyətləri bu sığınacaqlarda tez-tez qabaqcıl hava filtrasiyası, tibb məntəqələri və kütləvi qida təchizatının olmasıdır.

Xüsusilə milyarderlərin bu cür bunkrelərə investisiya qoyduğu da yayılmış məlumatlar arasındadır. Həmin şəxslər arasında Mark Zukerberq, Ceff Bezos və Bill Qeytsin də olduğu deyilir.

“Feysbuk”un qurucusu, “Meta” şirkətinin həmtəsisçisi Mark Zukerberqin 2014-cü ildən bəri Havayda böyük, təhlükəsiz yeraltı bunkerə malik nəhəng bir kompleks tikdirdiyi deyilir.

“Wired” jurnalının məlumatına görə, ərazidə öz enerji və qida təchizatı ilə təchiz olunmuş sığınacaq olacaq. Məlumata görə, ərazidə işləyən dülgərlər və elektrikçilərə gizli müqavilələrlə bu barədə danışmaq qadağan edilib.

Zukerberq qiyamət günü bunkeri yaradıb-yaratmadığı barədə suala isə "yox" cavabını verib. O, tikdirdiyi yerin kiçik sığınacaq olduğunu və zirzəmiyə bənzədiyini söyləyib.

Amerikalı milyarder və "Amazon"un qurucusu Cef Bezosun da "milyarder bunkeri" kimi tanınan Florida adasında bir neçə torpaq sahəsi alması barədə məlumatlar yayılıb.

Bəzi mənbələr torpaq sahələrinin ümumi dəyərinin 339 milyon dollar olduğunu və bu sahələrdən üçünün Zukerberqin torpağının yaxınlığında yerləşdiyini yazır.

Qiyamətə hazırlaşan milyarderlər arasında Bill Qeytsin də adı hallanır. Milyarderin Vaşinqton ştatı və Kaliforniya da daxil olmaqla, bütün əsas yaşayış binalarının altında təhlükəsizlik bunkerləri və ya seyf otaqları quraşdırdığı barədə şayiələr gəzir. Sığınacaqların fövqəladə hallarda və ya potensial apokalipsis ssenariləri zamanı qorunmaq üçün nəzərdə tutulduğu bildirilir. 

OpenAI-nin baş icraçı direktoru Sem Altman və “Linkedln”ın yaradıcısı Rid Hofmanın da sığınacaqlara və "apokalipsis sığortası"na malik olduğu bildirilir.

Hofman açıqlamasında super varlıların təxminən yarısının qiyamət günü sığortasının olduğunu deyib. O bildirib ki, Yeni Zelandiya ev almaq üçün populyar yerdir.

“Guardian” qəzeti amerikalı risk sərmayədarı və feysbukun investoru Peter Tielin Yeni Zelandiyada yüksək təhlükəsizlikli bunker tikməyə cəhd etdiyini, lakin ona icazə verilmədiyini yazıb.

Bəzi mənbələrdə Kim Kardaşyan, Tom Kruz və Şakil O'Nil kimi məşhurların da bunkerlər və ya təhlükəsiz otaqlar tikdirdikləri barədə məlumatlar var.

Billurə Yunus

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
22
1
olke.az

2Mənbələr