ain.az bildirir, Xalqcebhesi saytına əsaslanaraq.
ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların Kuba ilə "yaxın zamanda" saziş bağlayacağını bəyan edib.
Xalqcebhesi.az xəbər verir ki, onun jurnalistlərlə söhbətinin videosu Ağ Evin "YouTube" kanalında yayımlanıb.
Tramp əlavə edib ki, əgər saziş bağlanmasa, Vaşinqton Kuba barəsində "lazım olanı" etməli olacaq.
"Kuba saziş bağlamaq istəyir və mən elə düşünürəm ki, biz ya tezliklə razılığa gələcəyik, ya da lazım olanı edəcəyik", — deyə o, jurnalistlərə bildirib.
ABŞ lideri Vaşinqton və Havana arasında artıq danışıqların aparıldığını, lakin ABŞ üçün prioritetin hələ də Yaxın Şərqdəki vəziyyət olduğunu qeyd edib. Prezident vurğulayıb ki, İrandakı hərbi əməliyyatlar başa çatdıqdan sonra Ağ Evin diqqəti Kubaya yönələcək.
Məryəm Quliyeva
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.