İranın xarici işlər naziri Abbas Əraqçi bazar günü bildirib ki, İranın 60%-ə qədər zənginləşdirilmiş uranı hələ də nüvə obyektlərində dağıntılar altında basdırılıb.
"Bu ehtiyatlar dağıntılar altında basdırılıb. Nüvə obyektlərimizə hücum edilib , buna görə də hər şey hələ də oradadır", - deyə o, CBS-ə verdiyi müsahibədə bildirib.
Əraqçi izah edib ki, bu uranı çıxarmaq texniki cəhətdən mümkündür, lakin bu, MAQATE nəzarəti altında edilməlidir.
"Əgər bir gün bunun edilməsinin vacib olduğuna qərar versək, MAQATE nəzarəti altında işləyəcəyik", - deyə nazir qeyd edib.
Eyni zamanda, o bildirib ki, "hazırda belə bir iş görmək planımız yoxdur. Dağıntılar altından uran çıxarmağı planlaşdırmırıq".
Əziz Mustafa