Ağdərə rayonu ərazisindəki təlim mərkəzində 16-19 mart tarixlərində istismar müddəti başa çatan və istifadəyə yararsız döyüş sursatları təhlükəsizlik qaydalarına riayət olunmaqla məhv ediləcək.
İnterpress.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
“Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”, – məlumatda qeyd olunub.