Bakı. Trend:
“Gələcək sizinlə başlayır! – öyrən, böyü, paylaş”sosial təşəbbüsü uğurla tamamlanıb
"Azercell" uşaqların inkişafına dəstək vermək məqsədilə “Gələcəksizinlə başlayır! – öyrən, böyü, paylaş” adlı sosial təşəbbüshəyata keçirib. Proqram xüsusi qayğı və dəstək mühitində böyüyənuşaqların sosial bacarıqlarını inkişaf etdirməyi və onlarıncəmiyyətə daha asan inteqrasiyasını təmin etməyi hədəfləyib.
Layihə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial MüdafiəsiNazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin tabeliyindəolan 1 saylı Uşaq Evi sosial xidmət müəssisəsində icra olunub.
Üç ay davam edən proqram sosial bacarıqların inkişafı,özünüifadə və yaradıcı düşüncənin təşviqi, eləcə də rəqəmsalsavadlılıq və onlayn təhlükəsizlik kimi mövzuları əhatə edib.Bundan əlavə, iştirakçılara piyada təhlükəsizliyi və ilkin tibbiyardım üzrə praktiki biliklər təqdim olunub. Təlimlər "Azercell"inmüvafiq sahələr üzrə mütəxəssisləri və Çikaqo Universitetininlayihə koordinatoru Gülsüm Məmmədova tərəfindən keçirilib.
Qeyd edək ki, layihə "Azercell"in uşaqlar üçün təhsilimkanlarının genişləndirilməsinə və praktiki bacarıqlarıninkişafına yönəlmiş sosial təşəbbüslər çərçivəsindəreallaşdırılıb.