AZ

Hərbi ekspert Bakı səmasında eşidilən dron səsləri barədə danışdı

"Bu gecə Bakı səmasında müşahidə olunan PUA-lar Azərbaycana aiddir".

Adalet.az xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev özünün sosial şəbəkə hesabında qeyd edib.

Ekspert bildirib ki, uçuşlar paytaxtın hava məkanına nəzarət və təhlükəsizliyin təmin edilməsi məqsədini daşıyıb.

"Daha əvvəllər də buna bənzər uçuşlar keçirilib. Narahatlıq üçün səbəb yoxdur", - Ədalət Verdiyev əlavə edib.

Seçilən
47
2
adalet.az

3Mənbələr