AZ

Neft qiymətləri artmaqda davam edir - "ABŞ İranla bağlı bir neçə yüksək riskli hərbi variantı nəzərdən keçirir"

Qlobal neft bazarlarında qiymətlər yeni həftəyə artımla başlayıb. İnvestorların diqqəti əsasən Yaxın Şərqdə enerji infrastrukturu üçün yaranan təhlükələrə yönəlib.

Marja xəbər verir ki, Brent markalı neftin bir barelinin qiyməti 1,7 dollar və ya 1,2% artaraq 105 dollara yüksəlib. West Texas Intermediate (WTI) markalı ABŞ xam nefti isə 54 sent bahalaşaraq 99,64 dollara çatıb.

Hər iki neftin qiyməti bu ay 40%-dən çox bahalaşaraq 2022-ci ildən bəri ən yüksək səviyyəyə qalxıblar.

Hörmüz boğazında təchizat böhranı

Amerika Birləşmiş Ştatları və İsrailin İrana qarşı hücumlarından sonra Tehran rəhbərliyinin Hörmüz boğazı vasitəsilə neft daşımalarını dayandırması qlobal bazarda ciddi təchizat şoku yaradıb.

Bu marşrutdan dünya üzrə gündəlik neft tədarükünün təxminən 20%-i keçir və daşımaların dayanması tarixdəki ən böyük təchizat kəsintilərindən birinə səbəb olub.

Hark adasına hücum

ING Group analitiklərinin məlumatına görə, həftəsonu ABŞ-ın Hark adası (İranın ən böyük neft ixrac mərkəzi) üzərinə hücumları bazarda narahatlığı daha da artırıb.

Analitiklər bildirir ki, hücumların əsasən hərbi hədəflərə yönəldiyi görünür, lakin İran neftinin böyük hissəsinin hazırda Hörmüzdən keçməsi risklərin davam etdiyini göstərir.

İranın cavabı – BƏƏ-də neft terminalına zərbə

Həftəsonu ABŞ prezidenti Donald Tramp Hark adasına yeni hücumların mümkün ola biləcəyi barədə xəbərdarlıq edib. Bunun ardınca Tehran cavab addımı siqnalı verib.

Məlumata görə, İran pilotsuz uçuş aparatları Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Fuceyra limanındakı mühüm neft terminalına zərbə endirib.

Bu liman Hörmüz boğazından kənarda yerləşir və BƏƏ-nin gündəlik təxminən 1 milyon barel neft ixrac etdiyi əsas enerji mərkəzlərindən biridir. Bu həcm qlobal neft tələbinin təxminən 1%-nə bərabərdir.

ABŞ-ın mümkün hərbi ssenariləri

Analitiklər bildirib ki, ABŞ İranla bağlı bir neçə yüksək riskli hərbi variantı nəzərdən keçirir.

Bunlara aşağıdakılar daxildir:

- İranın nüvə obyektlərinə hücum,

- Hark adasındakı neft mərkəzinin ələ keçirilməsi,

- Hörmüz boğazının təhlükəsizliyi üçün İranın cənubunun nəzarətə götürülməsi.

Analitik qeyd edib ki, bu addımların hər biri münaqişəni ciddi şəkildə genişləndirə bilər.

ABŞ-dan beynəlxalq təhlükəsizlik çağırışı

Donald Tramp bildirib ki, Vaşinqton Hörmüz boğazının qorunması üçün bir sıra ölkələrlə danışıqlar aparır və digər dövlətlər də enerji marşrutunun təhlükəsizliyinə töhfə verməlidir.

O, ABŞ-ın İranla əlaqədə olduğunu desə də, Tehran rəhbərliyinin müharibəni bitirəcək ciddi danışıqlara hazır olub-olmadığına əmin olmadığını vurğulayıb.

Strateji neft ehtiyatları bazara çıxarılır

Beynəlxalq Enerji Agentliyi (IEA) neft qiymətlərindəki kəskin artımı yumşaltmaq üçün 400 milyon bareldən çox strateji neft ehtiyatının bazara buraxılacağını açıqlayıb.

Agentliyə görə:

Asiya və Okeaniya ölkələrinin ehtiyatları dərhal, Avropa və Amerika ölkələrinin ehtiyatları isə martın sonundan etibarən bazara çıxarılacaq.

Bazarlar müharibənin gedişini izləyir

Müharibə üçüncü həftəsinə daxil olsa da, hələlik aydın həll yolu görünmür və bu da qlobal bazarlarda narahatlığı artırır.

ABŞ-ın Energetika naziri Chris Wright isə münaqişənin növbəti bir neçə həftə ərzində başa çata biləcəyini, bunun nəticəsində neft təchizatının bərpa olunaraq enerji xərclərinin azalacağını proqnozlaşdırdığını bildirib.

İş elanları AzVak.az-da

Qlobal neft bazarı neft qiymətləri artımı Brent nefti qiyməti WTI nefti qiyməti neft bazarında bahalaşma Hörmüz boğazı böhranı Hörmüz boğazında neft daşımaları Yaxın Şərq enerji gərginliyi İran ABŞ münaqişəsi neft bazarı İsrail İran gərginliyi qlobal neft təchizatı riski Hark adası neft terminalı İran neft ixracı Fuceyra limanı neft terminalı BƏƏ neft ixracı qlobal enerji bazarları strateji neft ehtiyatları Beynəlxalq Enerji Agentliyi IEA enerji bazarında risklər neft təchizatı şoku neft bazarında geosiyasi risklər dünya neft tələbi enerji təhlükəsizliyi ABŞ İran hərbi ssenariləri Donald Tramp açıqlaması qlobal enerji böhranı.
Seçilən
11
1
marja.az

2Mənbələr