AZ

Antik Roma müəllifi Albaniya və Atropatena barədə nə qeydlər edib?- FOTO

1533-cü ildə Almaniyada nəşr edilən bu kitab antik Roma tarixçisi Ammianus Marcellinus tərəfindən yazılıb. Kitabı nəşrə hazırlayan Mariangelus Accursius adlı tarixçdir. Kitabın adı belədir:
“Ammianus Marcellinus, Mariancelo Akkursio tərəfindən beş min xətadan təmizlənmiş və onun tərəfindən yeni tapılmış son beş kitab əlavə edilmiş nəşr”
Roma tarixinə aid fundamental bir əsər olan bu kitab IV əsrdə Roma ordusunun zabiti olan Ammianus Marcellinus tərəfindən yazılıb və o, burada Azərbaycan (o dövrkü Atropatena və Qafqaz Albaniyası) əraziləri ilə birbaşa bağlı olan hadisələri yazıb.
Kitabda müəllif Midya və Azərbaycan ərazisində geniş yayılmış zərdüştülük inancı, od məbədləri və maqlar haqqında etnoqrafik qeydlər mövcuddur. O, bu regionu elmi və dini biliklərin mərkəzi kimi təsvir edir. Kitabda indiki Şimali Azərbaycan ərazisində yaşayan əhali Albanlar, indiki Cənubi Azərbaycan ərazisində yaşayanları isə Atropatlar adlandırır.
Onları müəllif cəsur və müharibə sənətinə bələd olan bir xalq kimi təsvir edir.
Tarixdə bəllidir ki, Azərbaycan xalqının ulu əcdadları sırasında muğamilər Maq-Muq-Muğlar adlandırılırdı. Sözün semantik mənası od, yaxud alov deməkdir. Onlar elm, incəsənət, tibb, musiqi və dini biliklərini tətbiq etməklə dövləti mükəmməl idarə edə bilmişlər. Onların öz biliklərindən istifadə edərək təbiət və cəmiyyət həyatına müdaxilələri çox vaxt sehr kimi dəyərləndirilirdi.
Mədəniyyət tarixində “maq” anlamı altında zərdüştiliyin təmsilçilərini və ümumiyyətlə, müdrikliyi ilə seçilən şəxsiyyətləri nəzərdə tutmuşlar. Azərbaycan tarixində maqlar böyük rol oynamışlar. Məlumdur ki, Islamdan əvvəl şamanların, maqların məsləhəti ilə qərarlar qəbul edən Xaqanlar öz övladlarını bu hörmətli insanların yanına qoyub şər qüvvələrdən qorumaqla yanaşı onların təlim və tərbiyəsini də maqlara həvalə edirdilər.
Ammianus onları əsərində "sönməz alovların" keşikçiləri kimi qeyd edir. Ammianus Albaniya ərazisindəki keçidləri təsvir edərkən, burada yaşayan xalqların döyüşkənliyindən bəhs edir. Onlar bu coğrafiyada yaşayan sabirlər, türkdilli tayfalar və xəzərlərin əcdadlarıdır. Ammianus kitabda birbaşa "türklər" sözünü yazmasa da, onun təsvir etdiyi xalqların yaşayış tərzi, hərbi taktikaları və bölgədəki hərəkətləri müasir elm tərəfindən Azərbaycanın qədim türk tarixinin tərkib hissəsi kimi qəbul edilir.
359-cu ildə baş vermiş Amida mühasirəsi təsvir olunur. Ammianus qeyd edir ki, Sasanı şahı II Şapurun ən yaxın müttəfiqi Albanların padşahı idi. O, alban döyüşçülərinin cəsarətini və onların ordunun ən şərəfli yerində vuruşduğunu yazır.
Sirli və fırtınalı bir dəniz kimi Xəzər dənizini qeyd edən müəllif, bu coğrafiyada yaşayan bu xalqları Roma legionları üçün güclü bir rəqib olmasını yazır, çünki onlar həm yaxın döyüşdə, həm də uzaq məsafədən oxla hücumda çevikdirlər.
Hun və digər türk tayfaları barədə yazır: “O yazır ki, bu insanlar sanki at üzərində doğulublar; ticarəti, yeməyi və hətta yuxunu belə at belində edirlər.”
Ammianus Marcellinus bu tayfaları "vəhşi" adlandırsa da, onların hərbi intizamını, dövlət quruluşlarını və sarsılmaz iradələrini gizlədə bilmir. Bu kitab Azərbaycan ərazisində türkdilli etnosların hələ IV əsrdə, və daha əvvəl nə qədər böyük siyasi və hərbi gücə malik olduğunu sübut edən ən qədim latın dilli mənbədir.
Zaur Əliyev, tarixçi
Seçilən
45
news365.az

1Mənbələr