Ayna portalından verilən məlumata əsasən, ain.az bildirir.
İran hücumlar zamanı kaset başlıqlı ballistik raketlərdən istifadə edib
Dünən İran yeni tipli “Səccil” raketlərindən istifadə edərək İsrail şəhərlərinə bir sıra genişmiqyaslı hücumlar həyata keçirib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.
Məlumata görə, İran hücumlar zamanı kaset başlıqlı ballistik raketlərdən istifadə edib. Bunlar bir neçə başlığa bölünür və 10 kilometrə qədər radiusda zərər verə bilər.
Qeyd olunub ki, əməliyyat zamanı digər super ağır raketlərdən də istifadə edilib. Bunlara təxminən iki ton ağırlığında döyüş başlığı olan “Xorrəmşəhr” sinifli ballistik raketlər, eləcə də “Qədr”, “Heybərşəqan” və “Emad” raketləri daxildir. İran bu raketdən sonuncu dəfə 2025-ci ilin iyun ayında istifadə edib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.