Avropa İttifaqının Xarici İşlər Şurasının Brüsseldə keçiriləcək bugünkü iclasında Gürcüstanla bağlı məsələ müzakirə olunacaq.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə toplantının ilkin gündəliyindən məlum olub.
Sənədə əsasən, ölkəyə həsr olunan müzakirələr “Gürcüstanda siyasi proseslər. Almaniya və Fransadan informasiyalar” başlığı altında aparılacaq.
Bildirilib ki, toplantının əsas mövzuları arasında Rusiyanın Ukraynaya qarşı müharibəsi və Yaxın Şərqdəki vəziyyət də yer alır.