AZ

Xalq artisti: “Özümə qulaq asmaq mənə zülm verir”

Xalq artisti Ağadadaş Ağayev mahnılarının başqaları tərəfindən oxunmasından danışıb.


Müğənni bu haqda “Günə uğurla” verilişində danışıb. Sənətçi bildirib ki, öz ifalarını heç vaxt bəyənmir:

“Mənim mahnılarımı çox oxuyan var. Hər birinin öz çalarları olur. Mənim nəfəslərimlə oxumayacaqlar ki… Hərəsinin öz üslubu, rəngi var. Bir mahnını yazdırıram, qulaq asanda o qədər fikirləşirəm ki: gərək bunu başqa cür edərdim, burasın belə oxumazdım. Özüm-özümə qulaq asmaq mənə zülm verir. Xasiyyətim belədir. Başqaları oturur güzügünün qabağında oxuyur, özünə tərif yağdırır”.
Seçilən
0
7
yenilik.az

8Mənbələr