AZ

Azərbaycanda ətlə bağlı qadağalar olacaq

Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Nazirlər Kabinetinin illik hesabatında Azərbaycanda qida təhlükəsizliyi və istehlakçı hüquqlarının qorunması ilə bağlı yeni təşəbbüs irəli sürülüb. Hesabatda qeyd olunur ki, ölkədə ənənəvi olaraq istehlak edilməyən və əti yeyilməsi qəbul olunmayan heyvanların siyahısının hazırlanması və onların satışının qadağan edilməsi məqsədəuyğun hesab olunur. Bildirilir ki, sözügedən siyahının hazırlanması aidiyyəti dövlət qurumlarının iştirakı ilə həyata keçiriləcək. Siyahıya Azərbaycanda qida məqsədilə istifadə olunmayan, sanitar və baytarlıq baxımından risk yarada bilən və ya ictimai qida ənənələrinə uyğun olmayan heyvan növlərinin daxil edilməsi nəzərdə tutulur. Bu addımın əsas məqsədi bazarlarda və ictimai iaşə obyektlərində qeyri-qanuni və ya təhlükəli məhsulların satışının qarşısını almaq, eyni zamanda istehlakçıların sağlamlığını qorumaqdır.Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Demokrat.az-a bildirib ki, belə siyahının hazırlanması çox müsbət haldır.“Azad İstehlakçılar Birliyi bu məsələni dəfələrlə, gündəmə gətirilib. Şükürlər olsun ki, kütləvi informasiya vasitələrinin səsi Nazirlər Kabineti tərəfindən eşidilib. Bu, həqiqətən də böyük uğurdur. Çünki hazırda ölkədə faktiki olaraq heç bir heyvan ətinin satışına qadağa tətbiq olunmayıb. Azad İstehlakçılar Birliyinin ofisində 1963-cü ildə dərc olunmuş kitabça da saxlanılır. Həmin nəşrdə Sovet İttifaqına daxil olan respublikalar arasında yalnız Azərbaycanda eşşək ətinin yeyilməli hesab olunduğu və ona hətta qiymət qoyulduğu göstərilib. Sonradan araşdırmalar nəticəsində məlum olub ki, bu sənədi ermənilər tərtib ediblər və məqsəd Azərbaycan xalqını vəhşi, eşşək əti yeyən xalq kimi təqdim etmək olub. Həmin kitabça bu gün də birlikdə saxlanılır”.O deyib ki, belə bir siyahının hazırlanması çox müsbət addımdır:“Çünki bəzən ənənəvi olmayan ətlər məsələn, at və ya eşşək əti digər ətlərlə qarışdırılaraq satışa çıxarılır. Bu isə həm istehlakçıların aldadılması, həm də qida təhlükəsizliyi baxımından ciddi problemlər yaradır. Ona görə də belə təşəbbüsü alqışlayıram. Bu məsələdə yalnız müsəlman və halal standartları ilə kifayətlənmək lazım deyil. Eyni zamanda “Koşer” standartlarına da nəzər yetirilməsi faydalı ola bilər. “Koşer” yəhudilərin qida standartlarıdır və orada kifayət qədər ciddi tələblər mövcuddur. Azərbaycanda halal standartları qəbul edilən zaman mən də çıxış etmişdim və məsələn, onurğasızların, zürafə ətinin və bu kimi bəzi heyvan ətlərinin qadağan olunmasını təklif etmişdim. Lakin halal standartı çox yumşaq şərtlərlə qəbul olundu. Buna görə də müqayisə üçün “Koşer” standartlarına baxılması pis olmazdı. Çünki həmin sistemdə qida ilə bağlı daha sərt və konkret tələblər mövcuddur”.Leyla Turan

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
45
demokrat.az

1Mənbələr