AZ

Mask və Zukerberqin gizli ortaq nöqtəsi: Ev alarkən niyə borclanırlar?

Dünyanın ən zəngin insanları olan İlon Mask və Mark Zukerberq bir-birlərini bəyənməsələr də, daşınmaz əmlak alarkən eyni texnikadan istifadə edirlər: İpoteka.

İlk baxışda trilyonluq sərvəti olan insanların niyə kreditə ehtiyac duyduğu qəribə görünə bilər, lakin bunun arxasında dahi bir maliyyə strategiyası dayanır.

Publika.az xəbər verir ki, ultra zənginlər üçün nağd pulla ev almaq maliyyə səhvi hesab olunur. Onlar "Al, Borclan, Öl" olaraq bilinən vergi və likvidlik strategiyasını tətbiq edirlər:

Milyarderlər ev almaq üçün nağd pul toplamaq məqsədilə şirkət səhmlərini satsalar, dərhal yüksək məbləğdə "kapital qazancı vergisi" ödəməli olacaqlar.

Səhmləri satmaq əvəzinə, onları banka girov göstərib aşağı faizlə kredit götürürlər. Borc "gəlir" sayılmadığı üçün bu yolla əldə edilən nağd pul tamamilə vergisizdir.

Pullarını daşınmaz əmlakın "divarlarına gömmək" əvəzinə, həmin vəsaiti öz bizneslərinə yatırıb daha çox qazanc əldə edirlər.

Seçilən
55
4
publika.az

10Mənbələr