Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Yaxın Şərqdə davam edən böhran fonunda təxirəsalınmaz yardım fondundan Livan, İraq və Suriyaya 2 milyon dollar ayırıb.
Publika.az xəbər verir ki, ÜST münaqişənin çox sayda əhali köçünə səbəb olduğunu qeyd edib.
Bildirilir ki, Livanda 700 minə qədər insan ölkə daxilində məcburi köçkünə çevrilib. Təşkilat Livana 1 milyon dollar ayırıb. Bu vəsait fövqəladə hallarda koordinasiyanın möhkəmləndirilməsinə, yaralıların müalicəsinə, xəstəliklərə nəzarətin gücləndirilməsi, əsas dərman və tibbi ləvazimatların alınmasına və paylanmasına sərf ediləcək.