Azərbaycan güləşçiləri Serbiyanın Zrenyanin şəhərində keçirilən U-23 Avropa çempionatında uğurlu çıxışlarını davam etdirirlər.
Day.Az İdman.Biz-ə itinadən xəbər verir ki, yunan-Roma güləşçimiz Elmin Əliyev (82 kq) bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Həlledici final qarşılaşmasında Elmin Əliyev Gürcüstan idmançısı Tornike Mikeladze ilə üz-üzə gəlib. Gərgin keçən görüş güləşçimizin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, daha əvvəl sərbəst güləşçi Ali Tsokayev (92 kq) və qadın güləşçimiz Günay Qurbanova (59 kq) da qitə birinciliyinin qızıl medallarına sahib çıxmışdılar.