AZ

SEPAH komandanı: ABŞ qovulmasa, Yaxın Şərqdə sülh olmayacaq

SEPAH komandanı bildirib ki, Yaxın Şərqdə sülhün yeganə yolu ABŞ-nin bölgədən qovulmasıdır.

İnterpress.az xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb.

Yaxın Şərqdə sülhün yeganə yolu ABŞ-nin Fars körfəzi ölkələrindəki hərbi bazalarından “qovulmasıdır”. Bunu İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin komandanı Əlirza Təngsiri bildirib.

Komandan qeyd edib ki, İran Fars körfəzi ölkələrinə dəfələrlə xəbərdarlıq edərək, ABŞ-nin öz maraqları naminə onları asanlıqla qurban verəcəyini vurğulayıb.

O həmçinin bildirib ki, ABŞ İrana qarşı əməliyyatın qısamüddətli olacağını və Yaxın Şərq ölkələrinə təsir etməyəcəyini düşünməklə böyük səhvə yol verib.

Əlavə olaraq Təngsiri diqqətə çatdırıb ki, İranın ali dini lideri Əli Xamenei hələ ölümündən əvvəl ABŞ və İsrailin mümkün hücumlarına qarşı hazırlanan hərbi əməliyyatlar planını təsdiqləyibmiş.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
44
interpress.az

1Mənbələr