AZ

İran ordusu Dohada üç rayona zərbə endirilə biləcəyi barədə xəbərdarlıq edib

BAKI, 16 mart. TELEQRAF

İran Silahlı Qüvvələri Qətərin paytaxtı Dohada yerləşən üç rayona zərbələrin endirilə biləcəyi barədə xəbərdarlıq edib və sakinləri həmin əraziləri tərk etməyə çağırıb.

Teleqraf xəbər verir ki, xəbərdarlıq İranın "Fars" agentliyi tərəfindən yayılıb.

Bildirilib ki, Dohanın Lusail, Əl-Vaab və Ayn-Xalid rayonlarında ABŞ Silahlı Qüvvələrinin hərbçiləri yerləşir və yaxın saatlarda həmin ərazilərə zərbə endirilə bilər.

“Lusail, Əl-Vaab və Ayn-Xalid rayonlarının sakinləri, yaşadığınız ərazilərdə ABŞ Silahlı Qüvvələrinin əsgər və zabitləri yerləşir. Yaxın bir neçə saat ərzində həmin mövqelərə zərbə endirilə bilər. Bu rayonları mümkün qədər tez tərk edin”, - deyə məlumatda qeyd olunub.

Seçilən
73
1
teleqraf.com

2Mənbələr