Polşanın paytaxtı Varşavada keçirilən açıq Avropa turnirində cüdoçumuz Camal Feyziyev uğurlu çıxışı ilə diqqət çəkib.
"Football-plus.az" xəbər verir ki, +100 kq çəki dərəcəsində mübarizə aparan idmançımız yarışı mükafatçılar sırasında başa vurub.
Bütün rəqiblərini üstələyərək finala qədər yüksələn Camal Feyziyev həlledici qarşılaşmada məğlub olaraq gümüş medalla kifayətlənib.
Bu nəticə ilə cüdoçumuz beynəlxalq arenada növbəti nailiyyətini aktivinə yazdırıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta