Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol üzrə milli komandası Tailandın paytaxtı Banqkokda təşkil olunan FIBA Çempionlar Kubokunda ikinci yeri tutaraq gümüş medal əldə edib.
Yığma final qarşılaşmasında Niderland komandası ilə üz-üzə gəlib və görüş 12:21 hesabı ilə rəqibin xeyrinə başa çatıb.
Komanda finala yüksəlməzdən əvvəl yarımfinal mərhələsində ABŞ millisi ilə qarşılaşıb və gərgin keçən oyunda 22:20 hesablı qələbə qazanıb.
Turnirin qalibi FIBA 3x3 Çempionlar Kuboku 2027, FIBA 3x3 Dünya Kuboku 2027 və 2028-ci ildə keçiriləcək Yay Olimpiya Oyunlarına vəsiqə verən Olimpiya Təsnifat turnirində iştirak imkanı qazanır.