Turkstan.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
İranın Səhiyyə Nazirliyi ABŞ və İsrailin hücumları nəticəsində ölən mülki şəxslərlə bağlı yeni rəqəmlər açıqlayıb.
Turkustan.az xəbər verir ki, İran mediasının məlumatına görə, nazirlik 28 fevralda müharibə başlayandan bəri 223 qadının, o cümlədən 3 hamilə qadının və 202 uşağın həyatını itirdiyini bildirib. Ölən uşaqlardan 12-sinin 5 yaşdan kiçik olduğu qeyd edilib.
Açıqlamada həmçinin hücumlar nəticəsində ölkə üzrə 153 səhiyyə müəssisəsinin zərər gördüyü də vurğulanıb.
Aytən Yaşar/ Turkustan.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.