Azərbaycanın yunan-Roma güləşçisi Fərahim Mustafayev (72 kq) Serbiyanın Zrenyanin şəhərində təşkil olunan U-23 Avropa çempionatında bürünc medal qazanıb.
"Report"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, o, bürünc medal uğrunda görüşdə rumıniyalı Leonard Petru İuraşkunu 5:4 hesabı ilə üstələyib.
Qeyd edək ki, bu, Avropa çempionatında Azərbaycanın 6-cı bürünc medalı olub. Daha əvvəl sərbəst güləşçilər Musa Ağayev (65 kq), Ramik Heybətov (70 kq), Zəfər Əliyev (97 kq), Fərid Sadıxlı (55 kq), həmçinin yunan-Roma güləşçisi Fərid Xəlilov (67 kq) da bürünc medal sahibi olublar.
21:42
Azərbaycanın yunan-Roma güləşçisi Fərid Xəlilov (67 kq) Serbiyanın Zrenyanin şəhərində təşkil olunan U-23 Avropa çempionatında bürünc medal qazanıb.
"Report"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, o, bürünc medal uğrunda görüşdə macarıstanlı Petro Jitovozu 6:3 hesabı ilə məğlub edib.
Bu, Avropa çempionatında Azərbaycanın 5-ci bürünc medalı olub. Daha əvvəl sərbəst güləşçilər Musa Ağayev (65 kq), Ramik Heybətov (70 kq), Zəfər Əliyev (97 kq) və Fərid Sadıxlı (55 kq) da bürünc medal sahibi olublar.
Qeyd edək ki, turnirə martın 15-də yekun vurulacaq.