AZ

Emrelinin qolu “Kayzerslautern”ə qələbə qazandırdı

Azərbaycan millisinin üzvü Mahir Emrelinin çıxış etdiyi "Kayzerslautern" Almaniya ikinci bundesliqasında növbəti qələbəsini qazanıb.

90deqiqe.Az-ın məlumatına görə, XXVI tur çərçivəsində doğma meydanda "Karlsrue"ni qəbul edən komanda rəqibini 3:0 hesabı ilə məğlub edib.

Matça ehtiyat oyunçular skamyasından başlayan Mahir Emreli 83-cü dəqiqədə meydana daxil olub. Hücumçu 90+4-cü dəqiqədə fərqlənərək komandasının üçüncü qoluna imza atıb.

Qeyd edək ki, Kayzerslautern hazırda 40 xalla turnir cədvəlində yeddinci pillədə qərarlaşıb.

Seçilən
34
90deqiqe.az

1Mənbələr