Axar.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Rusiya qoşunları son 24 saat ərzində üç bölgədə irəliləyib.
Axar.az xəbər verir ki, bu barədə Ukraynanın analitik monitorinq resursu "DeepState"in məlumatında deyilir.
Məlumata görə, Rusiya qüvvələri Xarkov vilayətinin Pesçanoye kəndi yaxınlığında Kupyansk istiqamətində uğur qazanıb.
Bundan əlavə, analitiklər Rusiya qoşunlarının Liman istiqamətində Luqansk vilayətinin Makievka kəndi və Qulyapol istiqamətində Zaporojye bölgəsinin Zahirnoye kəndi yaxınlığında irəlilədiyini qeydə alıblar.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.