Bakı. Trend:
İsveç və Norveç nüvə silahları ilə bağlı mövcud siyasətlərinidəyişdirməyi planlaşdırmırlar, lakin Avropada nüvə çəkindirməsisahəsində Fransa ilə mümkün əməkdaşlığa hazır olduqlarınıbildiriblər.
Trend xəbər verirki, bu barədə iki ölkənin hökumət başçıları bazar günü Norveçinpaytaxtı Osloda keçirilən birgə mətbuat konfransında məlumatveriblər.
İsveçin Baş naziri Ulf Kristersson çıxışı zamanı qeyd edib ki,ölkənin siyasətinə əsasən sülh dövründə İsveç ərazisində nüvəsilahlarının yerləşdirilməsi nəzərdə tutulmur və Stokholm bumövqeyini dəyişdirməyi planlaşdırmır. Onun sözlərinə görə, İsveçŞimali Atlantika Alyansının birgə nüvə çəkindirmə mexanizmiçərçivəsində etibarlı şəkildə müdafiə olunur.
Norveçin Baş naziri Yonas Qar Störe isə bildirib ki, OsloAvropada təhlükəsizlik məsələləri çərçivəsində Fransa ilə mümkünstrateji əməkdaşlıq imkanlarını müzakirə etməyə açıqdır.
Bununla yanaşı, o vurğulayıb ki, Norveç də nüvə siyasətindədəyişiklik etməyi planlaşdırmır və ölkə ərazisində nüvəsilahlarının yerləşdirilməsi nəzərdə tutulmur. Störenin sözlərinəgörə, əsas məqsəd NATO-nun kollektiv nüvə çəkindirmə sistemininzəifləməsinə yol verməməkdir.