AZ

Mahir Emreli mövsümdə ilk qolunu vurdu

ain.az, Moderator.az portalına istinadən məlumat verir.

Almaniyanın “Kayzerslautern” klubunda çıxış edən Azərbaycan millisinin üzvü Mahir Emreli 2025/2026 mövsümündə ilk qolunu vurub.

Moderator.az xəbər verir ki, o, II Bundesliqanın XXVI turunda evdə “Karlsrue”ni 3:0 hesabı ilə məğlub etdikləri matçda fərqlənib.

Görüşün 83-cü dəqiqəsində meydana daxil olan Emreli 90+4-cü dəqiqədə komandasının 3-cü qolunu vurub.

“Fritz-Valter” stadionunda keçirilən oyunu 49 327 tamaşaçı izləyib.

Qeyd edək ki, “Kayzerslautern” II Bundesliqada 40 xalla 7-ci pillədə qərarlaşıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
2
moderator.az

3Mənbələr