AZ

Bundesliqa: “Maynz” dördoyunluq həsrətə son qoydu

Idman.biz portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Almaniya Bundesliqasının 26-cı turunda “Maynz” səfərdə “Verder”in qonağı olub. Görüş qonaqların 2:0 hesablı inamlı qələbəsi ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, “Maynz” matça sürətli başlayıb və artıq altıncı dəqiqədə Paul Nebelin vurduğu qolla hesabı açıb. İkinci hissənin əvvəlində, 52-ci dəqiqədə isə Li Ce Son fərqi ikiyə çatdıraraq komandasının qələbəsini rəsmiləşdirib.

Bu qalibiyyətdən sonra xallarının sayını 27-yə çatdıran “Maynz” dörd oyunluq qələbəsizlik seriyasını qıraraq Bundesliqada 13-cü pilləyə yüksəlib. 25 xalda qalan “Verder” isə 15-ci mövqeyə enib.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
14
1
icma.az

2Mənbələr