AZ

Qərb derbisində qalib müəyyənləşmədi - VİDEO

Misli Premyer Liqasının XXIV turunda qərb derbisi baş tutub.

"Cebheinfo.az" xəbər verir ki, Yevlax şəhər stadionunda keçirilən “Kəpəz” və “Turan Tovuz” matçında qalib müəyyənləşməyib.

Belə ki, hesabı ev sahiblərindən 55-ci dəqiqədə Rəhman Hacıyev açıb. Qonaqların bərabərlik qolunu isə 61-ci dəqiqədə Joarlem Santos vurub.

Oyun 1:1 hesabı ilə başa çatıb.

Bu turdan sonra “Turan Tovuz” 45 xalla turnir cədvəlinin üçüncü, “Kəpəz” isə 18 xalla onuncu sırasında qərarlaşıb.

Seçilən
40
5
cebheinfo.az

8Mənbələr