AZ

Emreli uzun müddət sonra "qol orucu"nu pozdu

Azərbaycan millisinin üzvü Mahir Emrelinin çıxış etdiyi “Kayzerslautern” bu gün 2-ci Bundesliqada növbəti oyununa çıxıb.

Sportal.az xəbər verir ki, doğma meydanda “Karlsrue”ni qəbul edən "Kayserslautern" 3:0 hesablı qələbə qazanıb. Emreli matçın 83-cü dəqiqəsində meydana daxil olub və 90+4-cü dəqiqədə komandasının 3-cü qolunu vurub.

Qeyd edək ki, “Kayzerslautern” turnir cədvəlində 40 xalla 7-ci pillədə yer alıb.

saytlarin hazirlanmasi

Seçilən
39
3
sportal.az

3Mənbələr