Türkiyədə sosial mediada müsəlmanların müqəddəs Ramazan ayını tənqid edən qadın həbs olunub.
Publika.az xəbər verir ki, Burdur əyalətinin sakini Qamze Gökçe insanları namazdan çəkinməyə çağıran və orucun “mənasız” olduğunu bildirən video paylaşıb.
Özünü “yazıçı” adlandıran Gökçeyə qarşı vətəndaşların dini hisslərini təhqir etmək barədə ittiham irəli sürülüb. O, məhkəmənin qərarı ilə həbs olunub.
Məlumata görə, qadın Qurban bayramı zamanı heyvanların kəsilməsini “lazımsız qətl ayini” adlandırıb. Onun bu iddiası sosial media istifadəçilərinin də tənqidinə səbəb olub. O, həmçinin bu paylaşım ilə bağlı qəzəb dolu şərhlər yazan insanları təhqir edib.