Misli Premyer Liqasının XXIV turunda qərb derbisi baş tutub.
Sportinfo.az xəbər verir ki, Yevlax şəhər stadionunda üz-üzə gələn "Kəpəz" və "Turan Tovuz"uin duelində qalib müəyyənləşməyib - 1:1.
Hesabı ev sahiblərindən 55-ci dəqiqədə Rəhman Hacıyev açıb. Qonaqların bərabərlik qolunu isə 61-ci dəqiqədə Joarlem Santos vurub.
Avrokuboklara iddialı "Turan Tovuz" 45 xalla turnir cədvəlinin üçüncü sırasında qərarlaşıb. 17 xala malik "Kəpəz" isə onuncudur.
“Kəpəz” – “Turan Tovuz” 1:1