AZ

“Kəpəz” “Turan Tovuz”la heç-heçə etdi

Azərbaycan Premyer Liqasının XXIV turunda “Kəpəz” və “Turan Tovuz” komandaları üz-üzə gəlib.

Publika.az xəbər verir ki, Yevlax şəhər stadionunda baş tutan qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.

FIFA referisi Tural Qurbanovun idarə etdiyi görüşdə ilk qolu 55-ci dəqiqədə meydan sahiblərinin futbolçusu Rəhman Hacıyev vurub. 6 dəqiqə sonra isə rəqibin heyətində Joarlem Santos hesabı bərabərləşdirib.

Bu nəticədən sonra Kurban Berdıyevin komandası 45 xalla turnir cədvəlinin 3-cü, Azər Bağırovun kollektivi isə 18 xalla 10-cu pillədə qərarlaşıb.

Seçilən
0
5
publika.az

6Mənbələr