AZ

Tovuzda ana körpəsini yaşlı qadının evində qoyub gedib -YENİLƏNİB

Tovuzda ana körpə qızını yaşlı qadının evində atıb gedib.

 

APA bildirir ki, qadın kimsələrinin olmadığını əsas gətirərək tanımadığı yaşlı qadından kömək istəyib.

 

Daha sonra ana körpəyə yemək almaq adı ilə evdən çıxıb və geri dönməyib. Uşaq yaşlı qadının evində qalıb.

 

Hadisə ilə bağlı polisə məlumat verilib. Körpə xəstəxanaya yerləşdirilib.

**

Tovuzda yaşlı qadının evində körpəsini atıb gedən ananın şəxsiyyəti məlum olub.

 

APA-nın yerli bürosunun xəbərinə görə, körpənin anası Nuranə Əhmədova Mingəçevir şəhər sakinidir.

 

Azyaşlı isə 2026-cı il təvəllüdlü F.Əhmədovadır.

 

Polis araşdırma aparır.

**

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi hadisə ilə məlumat yayıb.

 

Bildirilib ki, Tovuz rayonunda anası tərəfindən atıldığı bildirilən uşaqla bağlı məlumat daxil olan kimi Agentliyin əməkdaşları prosesə cəlb olunub: “Aidiyyəti qurumlarla koordinasiyalı şəkildə müvafiq səhiyyə müəssisəsinə yerləşdirilən körpənin mövcud vəziyyəti qiymətləndirilib. Uşağın müayinə və qiymətləndirmə prosedurları bitdikdən sonra isə o, daimi qayğı ilə əhatə olunması üçün Sosial Xidmətlər Agentliyi tərəfindən qanunvericiliyə uyğun olaraq müvafiq uşaq müəssisəsinə yerləşdiriləcək”.

Seçilən
7
1
senzor.az

10Mənbələr