AZ

Tamam, ya davam: Ağ Evdə mövqelər haçalanır

Devid Saks belə bir narahatlığı dilə gətirib ki, əgər İranın region ölkələrinin neft strukturuna zərbələri davam edərsə, bu sonda bölgədə ekoloji fəaliyyətə gətirib çıxarar.

Onun sözləri ABŞ adminstrasiyasında müharibədən narazı məmurlarının mövqeyilə bağlı ilk siqnal sayılır. Onun İlon Maska və digər texnomilyarderlərə yaxın şəxs olması da vacib məqamdır. Bir müddət əvvəl İİKK “Amozon” və “Oracle” şirkətlərinin ərəb ölkələrindəki infrastrukturunu hədəf seçdiyini açıqlamışdı. Saksın sözlərinin məhz bundan sonra səslənməsi diqqətdən qaçmır.



Bundan başqa, Devid Saks vitse-prezident Cey di Vensin komandasındadır. Vens isə Trampın sözlərilə desək, İrandakı müharibədən “fərəhlənmir”.

Bu arada “Reuters”in yaydığıməlumata görə ABŞ Yaxın Şərqdəki tərəfdaşlarının İranla danışıqlara başlamaq çağırışını rədd edib. Tehran da şərti yerinə yetirilməyənə qədər danışıqlara başlamayacağını bildirir. İranın əsas şərtləri bunlardır: ABŞ və İsrail aviazərbələri dərhal dayandırmalı, dəyən ziyanın əvəzində təzminat ödəməli və İrana gələcəkdə bir də heç vaxt hücum etməyəcəklərilə bağlı təhlükəsizlik zəmanəti verməlidirlər.

Müharibəyə qədər ABŞ ilə İranın danışıqlarına ev sahibliyi edən Oman vasitəçiliyə cəhd göstərsə də, Ağ Ev hazırda bunda maraqlı olmadığını bildirib. Misirin anoloji cəhdləri də nəticəsiz qalıb.

Tariyel Həsənov
AzVision.az
Seçilən
27
1
azvision.az

2Mənbələr